Superliqada oynadığı 3 oyunun hamısında qlaib gələn və UEFA Avropa Liqasında yoluna uğurla davam edən "Beşiktaş" daha bir ulduz futbolçu alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu “Benfika”nın 31 yaşlı portuqaliyalı ulduzu Joao Mario ilə anlaşıb.

Məlumata görə, portuqaliyalı futbolçu bu gün İstanbula gələcək.

Xatırladaq ki, "Porto"da futbola başlayan Joao Mario karyerası boyu “Sportinq”, “İnter”, “Vest Hem Yunayted”, “Lokomotiv Moskva”, “Benfika” kimi komandalarda çıxış edib. Bu komandaların heyətində ümumilikdə 441 oyuna çıxan portuqaliyalı futbolçu 61 dəfə fərqlənib, 84 məhsuldar ötürmə verib.

Fərid Aslan

MİA.AZ