Abdullah Avcının “Trabzonspor”da gedişindən sonra kimin baş məşqçi təyin olunacağı maraq mövzusu olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, belə bir anda komandanın keçmiş hücumçusu, ahzırda məşqçi olan Fatih Təkkənin əmisi oğlu Kənan Təkkə sensasiyalı açıqlama yayıb.

O, Abdullah Avcının gedişindən sonra “Trabzonspor” prezidenti avqustun 31-də Fatih Təkkə ilə anlaşıb, lakin bir gün sonra o, sözünün üstündənq açıb: ''Avqustun 31-də klub prezidenti Ərtoğrul Doğan Fatih Təkkəyə zəng edir və deyir: "hoca, "Trabzonspor"un sənə çoxə ehtiyacımız var, gəl".

Fatih hoca qeyd-şərtsiz bu dəvəti qəbul edir və bazar ertəsi görüşməyə razılaşırlar. Ancaq bir gün sonra Ərtoğrul Doğan Fatih hocaya zəng edərək "Mənə çox siyasi təzyiqlər var, səninlə işləyə bilməyəcəyik" deyir və Şenol Günəş gündəmə gəlir. Bu şəhərə və onun övladlarına xəyanət edənlərə ar olsun. Belə siyasətinizə lənət olsun"

Fərid Aslan

MİA.AZ