Hüquqşünas Yaşar Ağazadənin cinayət işi üzrə məhkəmə başlayıb.

Mia.az
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kənan Muxtarovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Yaşar Ağazadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Y.Ağazadə əvvəllər “Müxalifət” qəzetinin əməkdaşı olub. O, 2007-ci ildə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir müddət sonra isə əfv olunaraq azadlığa buraxılıb.