Himalay buzlaqlarında 1700 qədim virus ştammı aşkarlanıb.
Mia.az xarici mətuata istinadla xəbər verir ki, bu barədə dağda araşdırma aparan alimlər həyəcan təbili çalıb.
Alimlərin fikrincə, Himalay buzlaqlarında tapılan 1700-dən çox yeni virus növü qlobal istiləşmənin təsiri altında bəşəriyyət üçün potensial təhlükə yarada bilər: "Himalay dağlarında Tibet yaylasındakı Quliya buzlaqında aparılan tədqiqatda əksəriyyəti əvvəllər məlum olmayan 1700-dən çox virus növü aşkar edilib. Bu virusların təxminən 41 min ildir donmuş torpaqda "gizlənib". Qlobal istiləşmə nəticəsində bu virusların əriyib insanlar üçün böyük təhlükə yaradacağı qaçımazdır".
Tədqiqatçılar bildirirlər ki, bu virusların böyük əksəriyyəti mövcud bakteriyaları ciddi və sürətli şəkildə mutasiya uğratmaq gücündədir: "Tədqiqat zamanı virusların müxtəlif iqlim şəraitinə necə reaksiya verdiyi və onların zamanla dəyişməsi araşdırılıb. Ohayo Dövlət Universitetindən olan tədqiqatın aparıcı müəllifi ZhiPing Zhong deyir ki, bu tədqiqatlar davam edən qlobal iqlim dəyişikliyi kontekstində viral adaptasiya anlayışımızı inkişaf etdirə bilər. Tədqiqat iqlim dəyişikliyi ilə virus inkişafı arasındakı əlaqəyə, xüsusən də Son Buz Dövrünün sona çatdığı 11.500 il əvvələ aid virus icmalarına diqqət çəkir".
Mütəxəssislər donmuş torpaqda tapılan bu virusların yaxın onillikdə pandemiyaya səbəb olma potensialının aşağı olduğunu qeyd eləsələr də, "qədim viruslar"ın yenidən ortaya çıxmasından daha çox yeni viruslarla əlləşəcəyimizin xəbərçisi olduğunu xüsusi vurğulayıblar.
Lamiyə Əhmədli
MİA.AZ