"17 saylı Yasamal 3-cü seçki dairəsindən heç kimin tanımadığı və fəailliyyəti haqqında min bir şaiələr gəzən, birini qutudan 71,9 faizlə QALİB çıxarmaq Azərbaycan Parlament seçkiləri tarixində qara bir ləkədir. Bu fakt, əslində, YAP kimi özünü öyən iqtidar partiyasına, seçkilərə qoşulan ictimai-siyasi xadimlərə, liderlərə, seçkilərə, xalqa vurulan göy ləkədir, qarayaradır".

Mia.az xəbər verir ki, bu sözləri həmin dairə üzrə namizəd olmuş Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat" qəzetinin şöbə müdiri Aydın Xan Əbilov sosial media hesabında yazıb.

O daha sonra bildirib ki, belə addım atmaq YAP rəhbərliyində təmsil olunanlara, xüsusən illərdir ömrünü bu dövlətin inkişafına xərcləmiş şəxslərə təhqirdir: "Kimlərinsə yazdıqlarımızdan şübhəsi varsa, əlimizdə olan foto, video, fakt və dəlilləri ictimailəşdirməyə hazırıq, amma mənasızlığını dərk edib siyasi aləmi bir-birinə vurmaqdan hələlik çəkinirik.

Bu dəhşətli oyunda iştirak edən 17 saylı Yasamal 3-cü Dairə seçki komissiyasının rəhbərindən tutmuş, məntəqə seçki komissiyalarının sədrlərinin viruslu vicdanına buraxmaqla son olaraq vurğulayım: kimin günahı varsa, aldıqları-satdıqları xərçəng xəstəliyinə çevrilib özlərinə və çörək apardıqları ailə üzvlərinə tuş gəlməsini diləyirik.

Di, gedin, yaşayın, həyatdan kam alın, görüm!".

Namizdəd sonda fikrini belə tamamlayıb: "Bu fikirlərim, mənim və komandamın son 2 ayda apardığımız gərgin kampaniyamızın - fəaliyyətimizi yekunlaşdırır, xalqımıza və dövlətimizə halal edir, yeni uğurlara doğru addımlamağa davam deyirik".

Firudin Səfərli

MİA.AZ