Türkiyə Super Liqasının 4-cü turunda "RAMS Başakşehir" evində möhtəşəm geridönüşlə qalib gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "RAMS Başakşehir" "Antalyaspor"la oyunun 2-ci və 41-ci dəqiqəsində vurulan iki qolla geriyə düşdüyü matçı 5:2 qazanmağı bacarıb.

Belə ki, "Başakşehir" 43-cü dəqiqədə fərqi 1-ə azaldıb - 1:2.

62-ci dəqiqədə "Başakşehir" hesaba tarazlıq gətirib - 2:2.

Bu qoldan 2 dəqiqə sonra isə "Başakşehir" önə çıxıb - 3:2.

72-ci dəqiqədə ev sahibi 4-cü qolunu vurub.

"Başakşehir" 81-ci dəqiqədə fərqi 3-ə çatdırıb - 5:2.

Beləliklə, oyun bu hesabla başa çatıb.

Fərid Aslan

MİA.AZ