Bu gün İngiltərə Premyer Liqasının 3-cü turunda "Liverpul" "Old Trafford"da "Mançester Yunayted"in qonağı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyuna üstün başlayan "Liverpul" ev sahiblərini böyük hesabla cəzalandırıb - 0:3.

"Liverpul"un qollarını 35 və 42-ci dəqiqələrdə Luis Diaz, 56-cı dəqiqədə isə Məhəmməd Salah vurub.

Bununla da Baş məşqçi Arne Slotun rəhbərliyi altında mövsümə 3-də 3-lə başlayan "Liverpul" xalını 9-a yüksəldib.

Ardıcıl ikinci dəfə məğlub olan "Mançester" isə 3 xalda qalıb.

Fərid Aslan

MİA.AZ