Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı 1 sentyabr tarixində “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Mia.az xəbər verir ki, bu barədə “ASAN xidmət” mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.