"Qalatasaray"da "yarpaq tökümü" davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Zahanın "Lion"a getməsindən sonra daha bir məşhur futbolçu komandadan ayrılır.

Məlumata görə, Hakim Ziyeç keçmiş komandası “Ayaks”a transfer ediləcək.

Məlumata görə, baş məşqçi Okan Burukla problem yaşayan mərakeşli futbolçu israrla getməyə can atır: ""Ayaks” klubu da onu transfer etməyə çalışır və bu məqsədlə "Qalatasaray"la danışıqlar başlayıb".

Fərid Aslan

MİA.AZ