Bu gün saat 01:00 radələrində Göygöl rayonu Balçılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.
Mia.az xəbər evrir ki, bu barədə TƏBİB məlumat paylaşıb.
Bildirilib ki, onlardan biri, 2014-cü il təvəllüdlü uşaq ölüb: "Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.
İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan qadının vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir",