Avqustun 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Vəliyeva Ruhiyyə Süleyman qızını rəsmi müraciətinə əsasən qəbul etməsi barədə bu gün  sosial mediada yayılan foto məzhəkə yaradıb.

Mia.az xəbər verir ki, yayılan fotolarda icra başçısı və İcra Hakimiyyətinin məsul şəxslərinin şikayətçini oturduqları eyni masada qəbul etməmələri birmənalı qarşılanmayıb.

Hətta əslən Qazaxdan olan tanınmış yazıçı və jurnalist Elnur Astanbəyli bu faktla bağlı maraqlı paylaşım edib:

"Qazaxda belə möhtəşəm hadisələr baş verir.

Rəcəb müəllim iki kamaz da qum tökdürüb Göyəzəni bir az hündürləşdirsə, heykəli Səməd Vurğun qağamla yanaşı qoyulası adamdı".

Samir Musayev

MİA.AZ