Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı növbəti uğurlu əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Prokurorluğu məlumat yayyıb.
Bildirilib ki, araşdırmalar çərçivəsində keçmişdə İŞİD terror təşkilatının sıralarında münaqişə bölgələrində fəaliyyət göstərən şübhəlilər müəyyən olunub: "Bu çərçivədə eyni vaxtda həyata keçirilən əməliyyatda Suriya vətəndaşı olan 8 şübhəlidən 7-si saxlanılıb, birinin isə axtarışı davam edir".
Məlumata görə, əməliyyat zamanı saxlanılan 12 nəfər isə deportasiya edilib.
Zülfiyyə
MİA.AZ