Bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Zirə" Bakıda Kiprin "Omoniya" komandasını qəbul edib.
Mia.az xəbər verir ki, saat 20:00-da başlayan oyunun 79-cu dəqiqəsində Rafael hesabı açıb - 1:0.
Oyun bu hesabla uduzub. komandamız bununla da turnirlə vidalaşıb.
Onu da qeyd edək ki, ilk oyunda "Zirə" 6-0 uduzub.
Oyundan sonra mətbuat konfransında rəqib komandanın baş məşqçisi Valdas Damburauskasın bildirdiyinə görə, əvvəlki oyunda 6 qol vurmasına baxmayaraq, bu oyunda bir qolun belə vurulmamasını Azərbaycan klubunun yaxşı oyunu və azarkeş dəstəyi ilə əlaqələndirdi. Dedi ki, onların birinci oyunda qələbəsini şərtləndirən amillərdən biri də öz meydanında güclü azarkeş dəstəyini qazanması olub.
"Zirə" Futbol Klubunun baş məşqçi Rəşad Sadıqov komandasının bu günki oyunundan razı qaldığını, bu oyunların yaxşı təcrübə olduğunu vurğuladı. Baş məşqçi təəssüf etdi ki, birinci oyunda böyük hesablı məğlubiyyət olmasaydı, cavab oyununda şans daha yüksək olardı.
Fərid
MİA.AZ