Prezident Rəcəb Tayyib Ərdoğana heyranlığı və Cumhur Alyansına yaxınlığı ilə tanınan keçmiş futbolçu Məsut Özil bu gün MHP lideri Dövlət Baxçalını ofisində ziyarət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü foto paylaşıb.

O, Baxçalı ilə fotosunu paylaşaraq yazıb: "Hörmətli sədrim Dövlət Baxçalı ilə gözəl söhbət...".

Məsut Özilin bu hərəkəti Türkiyə mediasında yeni sual yaradıb: "O, siyasətə gəlir?"

Xatırladaq ki, Məsut Özil az əvvəl İstanbulda - Üsküdardakı Şəmsi Əhməd Paşa məscidinin təmizliyinə kömək edərkən görüntülənib. 

Zülfiyyə

MİA.AZ