Sumqayıtda zibil maşınları şəhəri zibilin çirkli suları ilə "dezinfeksiya" edir.

Mia.az xəbər verir ki, bu barədə şəhərdə yaşayan jurnalist Natiq Cavadlı növbəti faktları paylaşıb.

O, şəhər İcra Hakimiyyətinə xitab yazıb: "Sumqayıt şəhər İcra Hakimiyyəti narahat olmayın, heç nə dəyişməyib, hər şey qaydasındadır, siz kef edin"

Xatrladaq ki, təxminən 15 gün əvvəl jurnalistin bu barədə şikayətini Mia.az-da yazmışdıq.

Jurnalist həmin şikayətində bildirmişdi ki, zibil daşıyan maşınlar suyunu axıda-axıda şəhəri gəzir: "Bəli, bununla da ufunət qoxusunu bizlərə iylədirlər. Haqları da var, çünki bir bələdiyyə seçə bilməyən cəmiyyət buna layiqdir. Sumqayıt şəhər İcra Hakimiyyəti bax, ləzzət al!".

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə Mia.az-a bildirilmişdi ki, ərazinin nəzarətə götürülməsi və problemin aradan qaldırılması üçün aidiyyatı qurumlara məlumat verilib: "Onu da qeyd edək ki, yaxın zamanlarda qeyd olunan ərazidəki məişət tullantıları üçün nəzərdə tutulan qabların yenilənməsi nəzərdə tutulub".

Lakin görünən odur ki, 15 gün içində vəziyyət daha da pisləşib.

Samir Musayev

MİA.AZ