Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin karyerası üçün ciddi təhlükə yaranıb.
Məşhur generalın vəzifəsi ilə vidalaşmaq ərəfəsində olduğu bildirilir.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, hazırda müvafiq nəzarətedici qurum tərəfindən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda yoxlama aparılır. Xüsusi komissiya fəaliyyətə başladıqdan dərhal sonra ciddi nöqsanlar üzə çıxıb. Bununla bağlı müvafiq arayışlar hazırlanaraq, lazımi instansiyalara təqdim olunub. Aşkarlanan pozuntuların general Vəliyevin karyerasını bitirmək üçün yetərli olduğu deyilir.
Qeyd edək ki, Xanlar Vəliyev 10 fevral 2005-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib. 69 yaşlı general-leytenantın personası ətrafında dəfələrlə ajiotaj yaranıb. Müstəqil ekspertlər və mətbuat onu "Tərtər hadisələri"nə göz yummaqda, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissələrində baş verən qandonduran cinayətlərlə bağlı vaxtında tədbir görməməkdə ittiham edib. Sayt yaratmaq
X.Vəliyev sabiq baş prokuror Zakir Qaralova şəxsi münasibətləri səbəbindən o vaxt bu təhlükələri dəf edə bilmişdi. Onun başının üstünü alan "qara buludları' bu dəfə qovub-qova bilməyəcəyi tezliklə məlum olacaq. Hələlik isə həmin buludların sürətlə sıxlaşdığı müşahidə edilir...