Türkiyənin "Göztepe" klubu braziliyalı Viktor Hüqo ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, 20 yaşlı braziliyalı yarımmüdafiəçi Viktor Hüqonun transferi ilə bağlı onun komandası "Flamenqo" ilə satınalma şərti ilə icarəyə razılaşılıb: "Viktor Hüqo cümə günü İzmirdə tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacaq".

Fərid

MİA.AZ