Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 25-də seçicilərlə görüşdən Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib.

Nəsiman Yaqublunun düşdüyü yol qəzası ilə bağlı ekspertiza və müvafiq araşdırmalar gedirmi? Hansı ilkin versiyalar mövcuddur?

Mia.az-ın məlumatına görə, Modern.az saytı bu sualla Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib: "Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə başlanmış cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Müvafiq ekspertizalar təyin edilib".

Məlum qəzada həyatını itirən Nəsiman Yaqublu Zabrat qəbiristanlığında dəfn edilib.