Türkiyədə FETÖ üzvlərinə qarşı fasiləsiz əməliyyatlar davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün Kocaelidə haqqında 6.3 il həbs cəzası olmasına abxmayaraq, hökmdən yayınan Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvü S.C saxlanılıb: "O, cəzasını çəkməsi üçün birbaşa həbsxanaya göndərilib".
Bundan başqa, ölkənin 11 şəhərində də FETÖ-yə qarşı geniş əməliyyat keçirilib.
Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Vanda FETÖ-yə qarşı güc qurumlarının birgə əməliyyatı uğurla başa çatıb: "Ümumilikdə 20 nəfər saxlanılıb".
Firudin Səfərli
MİA.AZ