"Fənərbağça" klubu Ferdi Kadıoğlunun İngiltərənin "Brighton" komandasına transfer olunması barədə rəsmi açıqlama yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, açıqlamaya əsasən, ingilis klubu transferə görə "Fənərbağça"ya 30 milyon avro bəribaşdan ödəniş edib.

Bundna başqa, transfer zamanı ortaya çıxan əlavə xərclər də "Brighton" tərəfindən qarşılanıb: "Həmçinin oyunçunun performansından asılı olaraq, gələcəkdə "Fənərbağça"ya 5 milyon avro bonus ödənişi öhdəliyi var. Bununla yanaşı, əgər Fərdi digər kluba satılarsa, o zaman transfer haqqının 10 faizi də İstanbul klubuna köçürüləcək".

Fərid Aslan

MİA.AZ