Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq 36 komanda müəyyənləşəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təmsilçimiz "Qarabağ" 3-0-lıq məğlubiyyətin revanşında Bakıda Xorvatiyanın “Dinamo Zaqreb” komanasın qəbul edəcək.
"Qarabağ" turu adlamaq üçün mütləq 4 top fərqli ilə qalib gəlməlidir.
Tofiq Bəhramov adına stadionda oynanılacaq qarşılaşmanı britaniyalı referi Maykl Oliver idarə edəcək.
Saat 20.45-də başlayacaq qarşılaşma TRTSPOR-dan canlı yayımlanacaq.
TRT1 kanalında isə saat 23.00-da "Slaviya Praqa” ilə “Lill” in Çexiyada keçiriəcək oyunu nümayiş olunacaq. üz-üzə gələcək.
Qeyd edək ki, bu oyunun ilk matçında "Lill" 2:0 hesabı ilə qalib gəlib.
"Red Star"a ilk oyunda 2-1 qalib gələn "Bodo-Glimt" cavab oyununda da qalibiyyət arayacaq. İstənilən qələbə və ya heç-heçə Norveç komandasına raund keçmək üçün kifayət edəcək. Lakin serb komandasını da xəfifə almaq olmaz. Serbiya komandası evində həmçişə çətin rəqib olub. Bu oyun isə TRT-nin rəqəmsal platforması "Tabi Spor"da canlı yayımlanacaq.
TRT-də yayımlanacaq daha bir oyun isə "Slovan Bratislava" - "Midtyulland" komandaları arasında olacaq. Xatırladaq ki, Danimarkada keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu qarşılaşma isə saat 23.00-da"Tabi Spor 2"də tamaşaçıların ixtiyarına veriləcək.
Fərid
MİA.AZ