NOW TV-nin (Keçmiş FOX TV) "Ana Xəbərlər" proqramının aparıcısı tənqidi paylaşımına görə işindən uzaqlaşdırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aparıcı Gülbin Tosun dünən Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşı tənqid edən paylaşım edib.

O, bələdiyyə sədrinə sahibsiz heyvanlarla bağlı sözunə görə belə mesaj verib: "Cənab sədr, siz "küçələrdə it olmaz, biz onlara baxarıq" deyəndə, həbs etdiyiniz, qabağında su belə olmayan canlıları nəzərdə tutursunuz? Nə deyim, bir bardaq suya möhtac olun, o zaman".

Məlumata görə, Gülbin Tosun Mansur Yavaşla bağlı yazdığı posta görə məcburi məzuniyyətə göndərilib.

Bu barədə o, növbəti paylaşımında yazb: "Dəstək mesajlarınız üçün çox sağ olun. Siz çox dəyərlisiniz. Yaxşı ki, varsınız, əziz dostlarım. Məcburi məzuniyyətə göndərildim. Hələki işdən çıxarılmamışam. Sadəcə məlumatınız üçün. Heyvan hüquqlarından geriyə addım yoxdur”.

Ləman

MİA.AZ