""Qalatasaray"a qalib gəlmək istəyiriksə, onları mütləq qapıdan çox uzaqda tutmalıyıq".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Yanq Boys"un baş məşqçisi Patrik Rahmen bu gün "Qalatasaray"la İstanbulda Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı ilə bağlı keçirdiyi məıtbuat konfransında deyib.
Onun sözlərinə görə, "Qalatasaray"ın oyuna basqılı başlayacağını bilirlər: "İlk matçda 3-2 qalib gəlməyin üstünlüyü ilə bu oyuna çıxacağıq. Düzdür, möhtəşəm bir stadionda oynayacağıq. Rəqib güclü təzyiqlə başlayacaq, biz də eyni qaydada topa daha çox sahib olmaqla rəqibi təzyiq altında saxlamağa çalışacğıq. Çox gərgin oyun olacaq. Buradan sərfəli nəticə ilə üst tura adlamaq istəyirik".
Fərid ASLAN
MİA.AZ