"Trabzonspor" futbolçusu Rayyan Baniya ilə yollarını ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, Rayyan Baniya satın alma şərtiylə İtaliyanın "Palermo" klubuna icarəyə verilib: "Ona peşəkar karyerasında uğrular arzulayırıq".
Məlumatda oyunçunun icarəyə verilməsindən əldə olunan gəlir açıqlanmayıb.
Fərid ASLAN
MİA.AZ