Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın söndürülüb.

Mia.az xəbər verir ki, Fövqəladə Hallart Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yerləşən 5 mərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

NİİM-dən isə qeyd edilib ki, yanğın səbəbindən metronun “Nərimanov” stansiyası istiqamətində yolda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.