Britaniyanın "Reuters" xəbər agentliyinin əməkdaşı Ukraynada həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, Reuters xəbər agentliyi Ukraynada komandasında təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışan Rayan Evansın qaldığı otelə raket atılıb: "Evansın Ukraynanın Kramatorsk şəhərində qaldığı otelə raket atılıb. Nəticədə o, həyatı ilə vidalaşıb. İki jurnalist isə yaralanıb, onlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır. Digər üç həmkarımızla əlaqə saxlanılıb və onlar sağ-salamatdır”.
Açıqlamada Evansın ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Bəyanatda hücumu kimin həyata keçirməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Ukrayna prezidenti Vladimir Zelenski X sosial media hesabında hücumda Rusiyanı günahlandıran paylaşım edib. O, Rusiya tərəfindən həyata keçirilən raket hücumundan sonra bütün gün dağıntıların təmizlənməsi işlərinin aparıldığını deyib: "Təəssüf ki, ölən və yaralananlar arasında Reuters komandasından olan jurnalistlər də var. Rusya məxsus “İskəndər” raketin oteli tam dağıdıb. ruslar bunu qəsdən və planlı edir".
Zelenski hadisə nəticəsində 7 nəfərin yaralandığını və 1 nəfərin öldüyünü də yazıb.
Zülfiyyə
MİA.AZ