Dünyanın ən yaşlı insanı sayılan 112 yaşlı ingilis uzun ömür sürməsinin arxasında xüsusi bir sirr olmadığını deyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 26 avqust 1912-ci ildə Liverpulda anadan olan Con Tinnisvud bu gü 112-ci doğum gününü qeyd olunması ilə bağlı yerli mətbuata açıqlama verib.
O, 114 yaşlı Xuan Visente Peres Moranın aprel ayında ölümündən sonra dünyanın ən yaşlı insanı olmasında qeyri-adi hal olmadığıı bildirib.
Gəncliyində kifayət qədər aktiv olduğunu və çox gəzdiyini deyən Conun sözlərinə görə, ancaq onun kimi belə edənlər milyonlardır: "Mənim başqalarından heç bir fərqim yoxdur. Ya çox yaşayırsan, ya da qısa yaşayırsan. Kimsə bununla bağlı çox şey edə bilməz. Niyə bu qədər uzun yaşadığımı da bilmirəm. Heç bir xüsusi sirrim də yoxdur".
Hər cümə günü bir pors balıq və kartof qızarması yeməyi vərdiş halına gətirən yaşlı adam qeyd edib ki, xüsusi qisa rasionu da yoxdur: "Hər kəs kimi mənə nə verirlərsə, onu yeyirəm".
Ləman
MİA.AZ