Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni qurultayı keçirilib.

Mia.az xəbər verir ki, növbədənkənar VII qurultayda 1992-ci ildən quruma sədrlik edən Səttar Suliddin oğlu Möhbalıyevin istefası qəbul edilib.

Qurultay iştirakçıları yekdilliklə sədrliyə namizəd olan iqtisadiyyat nazirinin müavini Sahib Əli oğlu Məmmədovun sədr seçilməsinə səs veriblər.

Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.

***

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçiriləcək.

Məlumata görə, qurultay saat 11:00-da başlayacaq.

Hazırkı sədr Səttar Möhbalıyevin istefa verəcəyi, onun yerinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun yeni sədr seçiləcəyi gözlənilir(Unikal).