Rüfət HÜSEYNZADƏ,
Professor
***
Könül Həsənovanın “İki ömür haqqında bir hekayə”si çox dəyərliŞ mənalı və əhəmiyyətli bir hekayədir. Bu hekayə tarixi faktlar və müəllifin şahidi olduğu hadisələr əsasında, yazılmışdır. Bu cəhətdən hekayə həm bədii, həm tarixi, həm də epik bir əsərdir.
Hekayədə müəllifin özünün şahidi olduğu hadislər təsvir edilir, ictimai- siyasi münasibətlər, insan xarakterləri təhlil edilir. Əsər o qədər səmimi, aydın, sadə xalq dilində yazılmışdır ki, oxucu özünü hadisələrin içində təsəvvür edir. Hekayədə işlənən “kündə”, “qolçaq”, “vərdənə”, “duvax”, “oxlov”, “külfə” və s. bu kimi sözlər milli- mənəvi dəyərlərimizi əks etdirir, dilimizin zənginliyini göstərir və müəllif bu kimi sözlərin unudulmamasını təşviq edir.
Bu hekayə xalqımızın yaxın tarixi keçmişini, yurd – yuvasından qovulan, doğma torpağından, evindən zorla çıxarılan insanlarımızın taleyini, acılar çəkdiyimiz həyatımızı əks etdirən qiymətli, tarixi bir əsərdir. Bu hekayə qan yaddaşımızı oyadır, milli şüurumuzu canlandlrlır, keçdiyimiz kədərli tarixi həyatımızı, acı günlərimzi, xoş olmayan hadisələri bizə anladır, yaşadır və gələcək nəsillərə çatdlrır. Bu cəhətdən hekayə gənc nəsli, bu günkü gəncləri tariximizlə, həyatımızla tərbiyə edir, tariximizi unutmamağa, hər zaman, ayıq - saylq olmağa çağırır.
Bu hekayə torpaqlarımızın işğaldan azad edilməsi uğrundakı 44 günlük böyük Vətən müharibəsinin, qələbəmizə gedən Zəfər yolunun ilk başlanğıc vaxtlarını əks etdirir. Ölkəmizin Prezidenti, müzəffər ordumzuun Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində, yenilməz ordumuzun qəhrəmanlığı və mərd əsgərlərimizin şücaəti, igid gənclərimizin yüksək vətənpərvərliyi, müdrik xalqımızın birliyi sayəsində işğal olunmuş torpaqlarımız azad olundu və üç rəngli Zəfər bayrağımızı hər yerdə dalğalandırdıq.
Hədəfimiz daha böyük və genişdir – “Qərbi Aəzəbaycana qayıdış”. Dərələyəz, Ələyəz, Keşkənd, Zəngəzur, Göyçə mahalı və digər kənd və qəsəbələrimiz bizim hədəfimizdir. Biz bu hədəfə doğru addım-addım gedirik.
ADPU-nun prorektoru, professor, Dərələyəz, Keşkənd icmasının rəhbəri Mahirə Nağı qızı Hüseynova bu barədə çox qiymətli sözlərini belə ifadə edir: “Hədəfimiz öz doğma yurdumuz olan Qərbi Azərbaycana qayıdışdır. Bu qayıdış isə təkcə mənəvi amillərlə özünü ehtiva etmir. Bu məsələdə tarixi və hüquqi aspektlərdən yan keçmək mümkün deyil. Bütövlükdə Qərbi Azərbaycana qayıdış konsepsiyası mənəvi-hüquqi, tarixi aspektləri özündə əks etdirən irimiqyaslı bir fəaliyyət sahəsidir. Azərbaycan dövlətinin siyasi prioritetinə çevrilən Qərbi Azərbaycana qayıdış hərəkatı yurd-yuvasından zorla çıxarılmış yurddaşlarımızın iradəsinin ifadəsidir və tarixi şüura əsaslanır”. (“Ədəbiyyat və incəsənət”10.06.2024).
Bəli bu dəyərli hekayə milli- mənəvi və tarixi şüurumuzun, qan yaddaşımızın bədii sətirlərdə ifadəsini tapan silinməz izlərdir.
Müəllif Könül Həsənovanı təbrik edir və uğurlar arzulayıram.
MİA.AZ