Bu gecə DÇ-2014-ün digər finalçısının adı məlum olacaq.

Mia.az xəbər verir ki, bu gecə Argentina və Hollandiya milliləri qarşılaşacaqlar. Brazilyanın dünənki ağır məğlubiyyətindən sonra bu oyuna qitələrarası "döyüş" baxımından da maraq böyükdür. Bakı vaxtı ilə saat 01:00-da başlayacaq oyunu türk hakim Cüneyt Çakır idarə edəcək.

Qeyd edək ki, bu cütün qalibi finalda Almaniya millisi ilə qarşılaşacaq. Məğlub olan tərəf isə iyulun 12-də üçüncü yer uğrunda Braziliya ilə üz-üzə gələcək.