Türkiyə Superliqasının 3-cü turunda "Çaykur Rizəspor"u 5:0 hesabı ilə darmadağın edən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo oyundan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mourinyo "Çaykur Rizəspor"un daha əvvəl oynadıqları matçları yaxşı analiz etdiyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, rəqib çox yaxşı komandadır: "Lakin biz onları "yaxşı deyil" kimi göstərdik, amma əslində yaxşı komandadı. Bir həftə vaxtımız vardı, onları yaxşı analiz elədik. Və əla oyunla qalib gəldik".

Fredin zədədən döndüyünü xatırladan Mourinyo onu tərifləyib: "Bizim də Fred kimi futbolçumuz var. Onun qayıdışı Şimanskini başqa mövqedə oynatmağımızı təmin etdi. Bizim bütün oyunçular çox yaxşı oynadılar. Tez qol vurduq. Bu da oyunun sürətini artırdı. Və daha sonra ard-arad qollar gəldi...".

Fərid Aslan

MİA.AZ