Prezident Ərdoğanın lideri olduğu AK Partiya Sakarya şəhər sədrinin müavini Yusuf Gökdemir həyətində oturduğu yerdə güllə yarası alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Sakaryanın Karasu rayonunda həyətinin bağçasında ailə üzvləri ilə oturarkən təsadüf atılan güllə ilə boynundan yaralanıb.

Məlumata görə, qonçşuluqda havaya sıxılan güllə binaya dəyərək istiqamətini dəyişib və partiya funksionerini yaralayıb: "Ailə üzvlərinin yardımı ilə o, həkimə çatdırılıb və əməliyyat olunub. Hazırda səhhəti yaxşıdır".

Lamiyə Əhmədli

MİA.AZ