CHP sədri Özgür Özəl "Habertürk" TV-yə müsahibəsində gələcəyi ilə bağlı maraqlı bəyanat verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, canlı yayımda "Prezidentliyə namizəd olacaqsınızmı?" sualına konkret cavab verib.

CHP lideri bildirib ki, qətiyyən belə bir niyyəti yoxdur və zamanı gələndə, kimi daha nüfuzlu və ölkənı irəliyə aparacaq gücdə görəcəksə, onun namizədliyini dəstələyəcək: "Çox aydın deyirəm, mən Qazi Mustafa Kamal Atatürkün partiyasını Cümhuriyyətin ikinci əsrinin ilk seçkilərində yenidən iqtidara gətirmək və tarixə başqan olaraq yazılmaq istəyirəm. Mən özümü baş məşqçiyəm, matçın 90-cı dəqiqəsində bir penalti atılacaq və kimsə daha yaxşıdırsa, o, penaltini ona atdıracam".

Samir Musayev

MİAA.Z