Türkiyə millsinin hücumçusu İspaniya komandasına keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransanın  "Renn" komandasında oynayan yığmanın hücumçusu Bertuğ Yıldırım "Xetafe" ilə anlaşıb.

Məlumata görə, o, satınalma şərti ilə "Xetafe"yə icarəyə verilib.

Xatırladaq ki, Bertuğ ötən mövsüm 5,4 milyon avroya "Hatayspor"dan "Renn"ə transfer olunmuşdu.

Fərid ASLAN

MİA.AZ