Nepalda hökumət “ölkədə ictimai quruluşa ziyan vurmaq" ittihamı ilə qapatdığı "TikTok"un yenidən açılmasına razılıq verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nepalın Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Gurung açıqlama verib.

O bildirib ki, "TikTok"a qoyulan qadağa Nazirlər Şurasının iclasında müzakirə edilib: "İclasda "TikTok"-a giriş qadağasının aradan qaldırılmasına qərar verildi. Hökumət həmçinin bütün sosial media platformalarından Nepalda ofisləri açmağı, vergiləri ödəməyi və ölkənin qanun və qaydalarına əməl etməyi tələb edib".

Xatırladaq ki, Çin sosial media platforması "TikTok"a giriş 2023-cü ilin noyabrında qadağan olunmuşdu.

Firudin Səfərli

MİA.AZ