Gəncədə mənzildən meyit aşkarlanıb.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.