ƏLİ BAĞIŞ
***
Şəkillərin birində (aşağıda verilib-Mia.az) 2 yaşı tamam olmamış öldürülən Xocalı sakini və öldürülmə səbəbi yalnız bir şey -Türk olduğu üçün öldürülən məsum gözəllik, ikinci şəkildə isə Şuşaya, öz ermənilərinə köməyə Xankəndindən gedən əli silahlı erməni əsgəri: 19-20 yaşında!
Düz alnından vurulub və bütün arzularıyla, sevgiləriylə birlikdə məhv olub.
Sevdiyi qız da bir neçə gün yas saxlayıb, yeni bir erməni tapıb ona ərə gedəcək ki, oğlan doğsun və o uşağı, bizə - Türkə, qarşı kin, nifrət, lənət hissləriylə böyütmək ən böyük arzusu olacaq...
Qızcığazımız körpə mələk idi...
Yadıma Serebrenitsada erməni kimi qansız və vicdansız serb cəlladları tərəfindən güllələnən bosniyalı müsəlman qız cocuğunun dediyi və heç bir zaman unutmayacağım söz düşdü:
- Ana, balaca uşaqlar, balaca gülləyilə öldürülürlər hə?!
Qızcığazımızın arzusu nə ola bilərdi ki?
Dünyanın bütün körpələrinin arzusu kimi:sevinmək və sevilmək!
Adını Sevgi qoyuram mənim balam...
Sənin adını isə şərti olaraq Vazgen qoyuram!
Bax sənin atan(fərqi yoxdur,əmin ,dayın ,bir qohumun),sən doğulmamışdan 7-8 il öncə Sevgini öldürmüşdü!
Onun, səndən fərqli olaraq heç bir silahı yox idi.
Sənin atan, onun ata-anasını qovub öldürəndə və sənin atan şərəfsizin, canavarın, nakişinin, dünyanın ən murdar məxluqunun (Körpəyə necə qıymaq olar, İlahi ?
Ya Sənin div səbrin varmış ya da ki,ildırımların, tufanların, qasırğaların o məşum gecə Sənə qulaq asmırmışlar?!) namərd gülləsindən Sevgi öldürülən zaman ona dəyən güllə idi - 28 il 8 ay göylərdə Qisas Gününü gözləyən Güllə!
O gülləni sənin alnından vuran, Sevgi öldürülən gün, saat, dəqiqə doğulan bir Türk balasıydı yəqin, Vazgen.
Sevgi, Ana qucağında Ölümdən qaçırdı,sən ,Vazgen silah qucağında Ölüm aparırdın...
Ermənisən deyə sənə qəti acımıram, Vazgen!
Çünki nə həyatdan dərs aldınız,nə qonşu kimi qonşu oldunuz, nə adam kimi adam!
Türkə nifrətlə doğuldunuz,Türkə nifrətlə böyüdünüz,Türkə nifrətlə öldürdünüz və Türkə nifrətlə öldünüz!
Bir millət kimi bütün yaşamağınızın ,varlığınızın mənası ancaq və ancaq Türkə nifrətdən ibarət imiş!
“Görüm sizi lənətə gələsiniz ikiayaqlı canavarlar”
Sənə isə acıyıram,Vazgen; Gəncsən, kasıbsan, bədbəxtsən deyə, vəssalam...
16.12.2020
MİA.AZ