Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.

Məlumata görə, hadisə Regional Perinatal Mərkəzdə baş verib.

Xaçmaz rayonun Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lakin o və körpəsi əməliyyat zamanı ölüb.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub(Report).

Faktla bağlı araşdırma aparılır.