UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Qalatasaray"a 3:2 qalib gələn "Yanq Boyz"un baş məşqçisi Patrik Rahmen oyundan sonra ididalı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, turu keçəcəkləriə iandığını deyib. Əlavə edib ki, fərqli səfər qalibiyyəti üçün əllərindən gələni edəcəklər: "Müsbət nəticə ilə dönəcəyimizi düşünürəm".

O, "Qalatasaray" azarkeşlərinin İstanbulda yaratdığı ab-hava haqqında da danışıb: "İstanbulda tamam fərqli ab-hava ilə qarşılaşacağıq. Azarkeşlər buradan daha çox səs-küy salacaqlar. Çətin olacağını bilirik, amma o atmosferi İstanbulda yaşamaq əla olacaq".

Fərid Aslan

MİA.AZ