UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Yanq Boyz"a 3:2 hesabı ilə uduzan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk məğlubiyyətdən danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, matça şanssız başladıqlarını deyib: "Səfərdə, öyrəşmədiyimiz sintetik örtüklü stadionda 2 qol vurduq. Rəqibimizin oyuna daha həvəslə başlayacağını bilirdik. Qarşılaşmaya qolla başladılar. Oyunumuzu daha güclü nümayiş etdirə bilərdik. Hesab 2:1 olandan sonra daha yaxşı oynamağa başladıq...".

Okan Buruk Musleranın zədəsinin ciddi olmadığını deyib: "Məncə, bu, önəmli bir şey deyil. Düşünürəm ki, o, növbəti matçda bizimlə olacaq. Biz daha aydın şəkildə istədiyimiz səviyyəyə çatmalıyıq. İkinci matça zədəli Davinson Sançesi yetişdirməyə çalışacağıq, Kaan qayıdır. Batshuayi və İkardini duet kimi istifadə etməyi hər zaman düşünürük".

Baş məşqçi cəza səbəbindən komandasınn başında deyil, tribünda olduğunu, alman hakimin isə qərəzindən danışıb: "Hakimin idarəçiliyi məni  rahatsız etdi. İki komandaya da verdiyi kartlar... Bir kartı 1 dəqiqədə yazdı. Bir də İsviçrənin Alman kantonunda oynayırız və Alman hakim təyin olunur. Azərbaycanlı bir hakimi Türk komandalarının matçına təyikn etmirlər, amma bu, olur. Ümid edirəm, ikinci matça azərbaycanlı bir hakim təyin olunar, durum bərabərləşər..."

Fərid Aslan
MİA.AZ