Bu gün "Qalatasaray" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində isveçrədə "Yanq Boyz"a uduzub.

Mia.az xəbər verir ki, oyunun 3-cü dəqiqəsində ev sahibləri hesabı açıb.Monteiro daha abir qola imza atıb - 2:0.

"Qalatasaray" ikinci hissədə meyadana çıxan Batshuayi 67 və 72-ci dəqiqələrdı hesabı bərabərləşdirib - 2:2.

Türkiyə komandasının təzyiqi artırdığı bir məqamda isə 84-cü dəqiqədə Abdurrehman Bardakçı əllə oynadığından "Qalatasaray"In qapısına penalti təyin edilib. Üstəlik, Bardakçı ikinci sarı kartla meydandan qovulub.

"Yanq Boyz"lu Ugrinic penaltini dəqiq yerinə yetirib.

Beləliklə, oyun 3-2 isveçrəilərin xeyrinə başa çatıb.

Bu oyunun revanşı bir həftə sonra İstanbulda oynanılacaq.

Fərid ASLAN

MİA.AZ