"Trabzonspor" komandasından 4 futbolçu ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bordo-mavi"li komandada Batuhan Kör “Vanspor” FK-ya, Hakan Yeşil “Pendikspor”a, Murat Cem Akpınar isə “Sakaryaspor”a transfer olunub. Göktan Gürpüz isə "Fatih Karagümrük"ə icarəyə verilib.

"Trabzonspor"un məlumatına görə, Batuhan Körə görə "Vanspor FK" kluba 7 milyon lirə ödəyəcək: "Hakan Yeşilin isə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib  və onun transferinə görə "Pendikspor" klubumuza ƏDV daxil 11 milyon lirə ödəyəcək".

25 yaşlı yarımmüdafiəçi Murat Cem Akpınara gədikdə isə, "Sakaryaspor" bu transferə görə Qara dəniz klubuna 15 milyon türk lirəsi köçürəcək: "Göktan Gürpüzün "Trabzonspor"dan aldığı məvacibi isə  mövsüm boyu "Fatih Karagümrük" qarşılayacaq".

Fərid Aslan

MİA.AZ