"Fənərbağça"nın ulduz oyunçuu Ferdi Kadıoğlunu transfer etmək niyyətini  gizlətməyən "Mançester Yunayted" son qərarı verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "The Athletic" yazıb.

Bildirildiyinə görə, ingilis klubu Ferdi Kadıoğlunu transfer etməkdən vaz keçib: "İndi onun yeganə əsas və ciddi alıcısı isə yenə ingilis klubu “Brayton”dur. Bu klub Ferdi üçün 35 milyon avroluq anlaşma təkıif edib. "Fənərbağça" isə bu məbləği qaldırmaq üçün transferə hələki razılıq verməyib...".

Xatırladaq ki, 2018-ci ildə “Fənərbağça” ilə müqavilə imzalayan 24 yaşlı futbolçu 199 matçda 17 qol vurub, 22 məhsuldar ötürmə edib.

Hazırda “Brayton”la anlaşan Ferdi klubların razılığa gəlməsini gözləyir.

Fərid

MİA.AZ