İİlkin ƏHMƏD

***

Dünən “Qarabağ” oyunu ilə bağlı hamı proqnoz istədi… Dedim ki, “Dinamo Zaqreb” udacaq + qol buraxmamağa çalışan komanda olduğunu nəzərə alın…

Hamı üstümə hücum çəkdi - “Vətən! Millət! Sakarya!”

Biri hətta yazıb ki, Xorvatiya mətbuatı “Qarabağ”ı autsayder görür, Qurban hoca bunun cavabını verəcək…

Deyirəm ki, ay müəllim, xorvat mətbuatı ancaq “Azərçay” içsəydi, ancaq “Azərsun”un mallarını yesəydi, “Azərsun Holdinq” ciblərini doldursaydı, vəziyyət başqa cür olardı…

Amma onların mətbuatı adekvat yazılar yazır…

Düzdür, “Dinamo”nu 2-3 epizodda Allah saxladı, amma futbolun bu üzü də var…

Mənim proqnozum o idi ki, “Qarabağ” 1 top fərqlə uduzar…

Oyunun gedişatında “Qarabağ” ipləri qoparanda Telegram-da yazdım ki, “ay Qurban hoca, va-bank getməyin mənası nədir? Cavab oyunu var axı… Zaqreb bağışlamaz!”

Elə də oldu…

İndi kimlərsə “Azərçay” içə-içə “Qarabağ”ın şanssızlığından yazılar hazırlayır…

Ser Aleks Fergüsson demiş, statistika mini yubka kimidir - hər şeyi göstərir, əsas şeydən başqa…

Boğazım qurudu, bir çay içim…

P.S.Yazı müəllifin feysbik hesabılndan götürülüb.

MİA.AZ