Türkiyədə Daxili işlər naziri dəyişdikdən sonra kriminal dəstələrə qarşı amansız mübarizə davam edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son əməliyyatla daha bir kriminal dəstə çökəldilib.

Bu barədə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, "Kuyu-19" kod adlı əməliyyatla əsasən İzmirdə kök salan Adnan Üstünün başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə üzvlərindən 15 nəfər saxlanılıb.

Nazir bildirib ki, bu dəstə müxtəlif cinayətlərdə ittiham olunurlar.

Firudin Səfərli

MİA.AZ