Qəzzada daha bir jurnalist həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin Qəzzadakı Media Ofisindən məlumat verilib.
Bildriiib ki, Qəzza zolağında İsrailin hücumları nəticəsində jurnalist Həmzə Əbdürrəhman Murteci həyatı ilə vidalaşıb.
Onun hansı şəraitdə həlak olduğu açıqlanmasa da, 2023-cü il oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayının 170-ə yüksəldiyi qeyd olunub.
Tahir Şəlvəli
MİA.AZ