Müdafiə Nazirliyi hərbi hissələrə sürücü axtarır.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.
Tələb olunan sənədlər aşağıdakılardır:
- C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsi;
- hərbi biletin surəti;
- tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- rəngli fotoşəkil (2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.