Qusarda qətlə yetirilən şəxs Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşıdır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ramiq Radik oğlu Əhmədov əvvəllər FHN-də çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.
***
Qusar rayon sakini qətlə yetirilib.
Məlumata görə, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.
Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb(Report).
Faktla bağlı araşdırma aparılır.