Qəzzada daha bir jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökumətinin mətbuat xdməti məlumat yayıb.

Məlumata görə, bu gün jurnalist İbrahim Mervan Muharib Qəzzada bombardmanda həyatı ilə vidalaşıb.

Xəbərdə deyilir ki, bununla da Qəzzada başlayan savaşda həyatını itirən jurnalistlərin sayı 169-a yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ