Məşhur futbol şərhçisi Nihat Kahveçi "Beşiktaş"ın "Antalyaspor"a 4:2 hesabı ilə qalib gəldiyi matçdan sonra maraqlı açıqlamalar verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandanın yeni transferi Rafa Silvanın möhtəşəm oyununa diqqəti çəkib: "Onun "Beşiktaş"da oynaması  böyük bir lüksdür. İndiki vaxtda 10 nömrəli profilli futbolçu tapmaq çətindir. İndi "Qalatasaray" və "Fənərbağça" azarkeşləri "Kaş ki, o, bizdə oynayardı" deyirlər. Həqiqətən, əla oyunçudur.  Düzü, mən onun bu qədər yaxşı çıxış edəcəyini gözləmirdim".

Super Liqanın bu mövsüm daha maraqlı keçəcəyini və ötən mövsümdəki kimi xal fərqinin yaranmayacağını iddia edən təcrübəli şərhçi bildirib ki, "Beşiktaş" buna daha imkan verməz: ""Beşiktaş" son oyunları ilə deyir ki, ötən mövümdəki vəziyyət daa təkrarlana bilməz. "Qalatasaray" zəfərindən sonra komandada əla ruh yaranıb...".

Fərid 

MİA.AZ